02.05.2023 – cü il tarixdə b/m.Əliyeva Afət Həmid  qızının I kurs  Texnologiya müəllimliyi  ixtisasında  “Kulinariya praktikumu”  fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Dondurulmuş desertlərin hazırlanması və bəzədilib süfrəyə verilməsi texnologiyasıi” olmuşdur.

02  may 2023 – cü il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin ÜTF və texnologiya kafedrasının b/müəllimi Əliyeva Afət Həmid  qızının I kurs  Texnologiya müəllimliyi  ixtisasında  “Kulinariya praktikumu”  fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Dondurulmuş desertlərin hazırlanması və bəzədilib süfrəyə verilməsi texnologiyasıi” olmuşdur.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos.E.X.ismayılov., GDU-nun səlahiyyətli nümayəndəsi dos.Y.B.Namazov., kafedranın  professor–müəllim  heyəti üzvlərindən 4 nəfər iştirak edirdilər.

B\m.A.Əliyeva  öz pedaqoji ustalığından istifadə edərək, dərsi tələbələrə tam çatdıra bildi. Slaydlarla mövzunu hərtərəfli şəkildə  tələbələrə göstərdi.

B/müəl.A.Əliyeva  açıq dərsin gedişində  əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə tam aktuallığı ilə  çatdırdı.

Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə dərs müzakirə edildi və açıq dərs “əla”  qiymətləndirildi.