25 oktyabr 2023-cü il tarixdə Gəncə Dövlət Universitetində Fizika və texniki fənlər fakültəsinin 2 kurs “Fizika müəllimliyi” ixtisasında Fizika kafedrasının dosenti İsgəndərova Səyyarə Paşa qızının “Klassik mexanika” fənnindən “ Ən kiçik təsir prinsipinin dinamika qanunlarından alınması. Ətalət mərkəzi. İmpuls momentiinin saxlanması qanunu” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika fakültəsinin dekan müavini, dos.M.C.Tağıyeva., Fizika kafedrasının müdiri dos.Y.B.Namazov., Fizika kafedrasının professor – müəllim heyəti üzvlərindən dos.Z.M.Zeynalov., b/m.S.X.Musayev., b/m.f.f.d.S.R.İmanova iştirak edirdilər.
Dos.S.P.İsgəndərova problemli təlim və interaktiv təlim metodlarından istifadə edərək dərsi izah etdi. O, tələbələrin fərdi psixoloji xüsusiyyətlərini nəzərə alaraq, kommunikativ və konstruktiv əlaqələr quraraq tələbələrin fəallığına nail oldu.
Açıq dərsin sonunda müzakirə keçirildi və açıq dərs “əla” qiymətləndirildi.