26.10.2023-cü ildə “ÜTF və texnologiya” kafedrasının müəllimi İradə Adil qızı Seyidovanın “Təsviri incəsənət müəllimliyi” ixtisasının 3(1) kursunda “Əməyin mühafizəsi və təhlükəsizliyi” fənnindən “Tədris və tədris istehsalat binalarında havadakı tozluğun tətqiqi” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə fakültənin dekanı, prof. M.S.Quliyev., kafedra müdiri dos.E.M.Cavadov., GDU –rektorluğunun nümayəndəsi dos.C.İbrahimov., Fizika kafedrasının müdiri, dos.Y.B.Namazov., kafedranın əməkdaşlarından dos.M.Ş.Sadıxova., dos.G.R.Əhədova., b/m.t.f.d.B.S.Hacıyeva., b/m.p.f.d.G.Q.Hüseynova., lab.müd.A.M.Quliyeva iştirak etdilər.
Dərsdə havanın tozluğunu təyin etmək üçün istifadə edilən cihazın iş prinsipi izah olundu və havanın vahid həcmində tozun miqdarının çəki üsulu ilə təyin olunması metodu göstərildi. Alınmış nəticələr normativ qiymətlərlə müqayisə olunub təcrübə sahəsinə sanitar – gigiyenik qiymət verildi.
Açıq dərsin sonunda müzakirə keçirildi və açıq dərs “yaxşı” qiymətləndirildi.