04 noyabr 2023-cü il tarixdə Gəncə Dövlət Universitetində Fizika və texniki fənlər fakültəsinin 4 kurs “Fizika müəllimliyi” ixtisasında Fizika kafedrasının dosenti Hüseynov Rasim Köçəri oğlunun “Fizikanın inkişaf tarixi” fənnindən “Maksvell və onun elektromaqnit nəzəriyyəsi. Faradeyin elektrik və maqnit hadisələrinə dair baxışları” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika fakültəsinin dekan müavinləri dos.E.X.ismayılov., , dos.M.C.Tağıyeva., Fizika kafedrasının müdiri dos.Y.B.Namazov və Fizika kafedrasının müəllimləri iştirak edirdilər.
Dos.R.K.Hüseynov problemli təlim metodlarından, İKT vasitələrindən istifadə edərək keçdiyi mühazirəni səlis və aydın nitqi ilə yadda qaldı. Məqsədinə nail oldu.
Açıq dərsin sonunda müzakirə keçirildi və açıq dərs “əla” qiymətləndirildi.