7 noyabr 2023-cü ildə ” ÜTF və texnologiya “ kafedrasının p.f.d.b/m.Gülbəniz Qurban qızı Hüseynovanın “Texnologiya müəllimliyi” ixtisasının 3 kursunda “Texnologiya fənnin tədrisi metodikası (TFTM)” fənninin “Müxtəlif materiallarla görülən işlərə dair məşğələlərin təşkili” mövzusunda açıq dərsi oldu.
Açıq dərsdə fakültənin dekan müavini dos.E.X.İsmayılov., , kafedra müdiri dos.E.M.Cavadov., Fizika kafedrasının müdiri, dos.Y.B.Namazov., kafedranın əməkdaşlarından dos.G.R.Əhədova., b/m.E.C.Hüseynov iştirak etdilər.
p.f.d.,b/m. G.Q.Hüseynova açıq dərsə aid sənədlərini hazırlanmış fənn proqramları (qrifli), sillabus (yeni formada), mühazirə mətni və jurnalı komissiya üzvlərinə təqdim etdikdən sonra müasir slayddan, kompyuter texnikasından əyani vasitələrdən istifadə etməklə mövzunu izah etdi. Mühazirənin gedişində tələbələrlə kommunikativ və konstruktiv əlaqələr quraraq onları mövzunun izahına cəlb edirdi. Bu zaman tələbələrə verdiyi suallarda onların fərdi psixoloji xüsusiyyətlərini nəzərə alırdı.
Açıq dərs “yaxşı” qiymətləndirildi.