4 dekabr 2023- cü il tarixdə Fizika kafedrasının b/m. t.f.d.Məmmədova Südabə Oqtay qızının “Fizika müəllimliyi” 4(2)qrupda “Fizikada məsələ həlli metodikası” fənnindən “Maye və qaz mexanikasına aid məsələləri həlli” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə prof.M.S.Quliyev., Fakültənin dekan müavini dos.E.X.İsmayılov., Fizika kafedrasının müdiri dos.Y.B.Namazov., b/m.f.f.d.S.R.İmanova., b/m.İ.M.Mövsümova iştirak edirdilər.
B/m. S.Məmmədova dərsə başlamazdan əvvəl açıq dərsdə iştirak edən qonaqları və professor – müəllim heyəti üzvlərini salamladı. Daha sonra kompyuter texnikasından istifadə etməklə mövzunun nəzəri hissəsinin izahına başladı. Bu zaman tələbələri aktiv şəkildə mövzunun izahına cəlb edirdi. Tələbələrin mövzuya aid suallarını yerində cavablandırdı. Daha sonra tələbələrlə birlikdə mövzuya aid məsələlərin həll olunmasını təşkil etdi.
Açıq dərsin sonunda tələbələrin iştirakı ilə müzakirə keçirildi və açıq dərs “əla” qiymətləndirildi.