21 dekabr 2023-cü il tarixdə Təsviri incəsənət kafedrasının b/m. p.f.d. Cahangirova Lalə Vladimir qızının “Azərbaycan incəsənəti” fənnindən “Təsviri incəsənət müəllimliyi” ixtisasının II kursunda “XIX – XX əsrin əvvəllərində Azərbaycan memarlığı” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Təsviri incəsənət kafedrasının müdiri, prof. M.M.Məmmədov ., Rektorluğun nümayəndəsi dos. İbrahimov Cəfər., kafedranın professor – müəllim heyəti üzvlərindən dos.Akif Hüseynov., b/m.Allahverdiyeva Raziyyə., bIm. Rəsulova Elnarə, müəl.Məmmədova Ayşə iştirak edirdilər.
Cahangirova Lalə dərsi yaxşı təşkil etmişdi. Dərsin təchizatı, tələbələrin dərsdə iştirakı və fəaliyyəti normal idi. İnternet vasitəsilə kifayət qədər video görüntüləri əlavə etmiş və dərs prosesinə səmərəli şəkildə tətbiq etmişdir. Dərsi müasir dərsdə verilən tələblər səviyyəsində apardı. Dərsdə tələbələrdə fəal idi. Müəllim izahını video görüntülərlə izah edirdi.
Ümumiyyətlə keçirilən açıq dərs “qənaətbəxş” qiymətləndirildi.