08.04.2024-cü il tarixdə Fizika və texniki fənlər fakültəsinin Təsviri incəsənət kafedrasının müəllimi Kazımova Səriyyə Eyvaz qızının “Təsviri incəsənət müəllimliyi” ixtisasının III kursunda “Tədris plakatı” fənnindən “Mövzu üzrə rəsm dərsi üçün plakatın hazırlanması sulu boya. (Rənglə işin işlənib tamamlanması)” mövzusunda laborator açıq dərsi keçirildi.
Açıq dərsdə Fakültə dekan müavini dos.M.C.Tağıyeva., kafedra müdiri, prof.M.M.Məmmədov,, kafedra əməkdaşlarından b/m. p.f.d. L.V.Cahangirova., b/m.Ə.P.Məhərrəmov., b/m.R.A.Tağıyeva., b/m.X.E.Kazımova iştirak edirdilər.
Dərsin təşkilati hissəsi yaxşı təşkil olunmuşdu. Müəllim əvvəlcə keçmiş mövzuyla bağlı sual cavab apardı. Demək olar ki, dərsin bütün mərhələlərində tələbə və müəllim fəal idi. Müəllim lazımi video görüntülərlə müşaiyət edərək tələbələrin başa düşmədikləri hissələri aydın şəkildə fərdi və ümumi şəkildə başa salmağa çalışdı.
Ümumilikdə dərs normal səviyyədə keçdi.
Keçilən dərs qənaətbəxş hesab edildi.