08.04.2024-cü il tarixdə fizika kafedrasının dosenti Hüseynov Rasim Köçəri oğlunun Fizika müəllimliyi ixtisasının 2 kurs qrupunda”Optika” fənninin “İşığın polyarizələnməsi. Malyus Brüster qanunu. Frenel düsturu. İkiqat şüalanma” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini, dos. M.C.Tağıyeva., Fizika Kafedrasının müdiri, dos.Y.B.Namazov., kafedranın professor – müəllim heyəti üzvlərindən dos.İmanov R.M., dos.S.P.İsgəndərova., dos.S.İ.Əliyev., müəl.R.A.Abbasov iştirak edirdilər.
Müəllim kommunikativ və konstruktiv əlaqələr quraraq ənənəvi və fəal təlim metodlarından istifadə etməklə mühazirəni dedi. O, müəllimin nitqinə verilən tələblərə etika qaydalarına, elmi məlumatların dəqiqliyi müasirliyi və eləcə də əhatəliliyi prinsipinə əməl edərək məqsədinə nail oldu.
Açıq dərs 30 balla “əla” qiymətləndirildi.