6 may 2024-cü il tarixdə Fizika və texniki fənlər fakültəsinin Təsviri incəsənət kafedrasının dosenti Hüseynov Akif Əlirza oğlunun “Təsviri incəsənət müəllimliyi” ixtisasının I kursunda “Rəngkarlıq” fənnindən “Mövzu: Naturadan heyvanların qısa müddətli təsvirləri» Mərhələ: Rənglə formaların verilməsi və işin tamamlanması” mövzusunda laborator açıq dərsi keçirildi.
Açıq dərsdə kafedra müdiri, prof.M.M.Məmmədov,, kafedra əməkdaşlarından b/m. p.f.d. L.V.Cahangirova., b/m.Ə.P.Məhərrəmov., b/m.R.A.Tağıyeva iştirak edirdilər.
Dərsin təşkilati hissəsi yaxşı təşkil olunmuşdu. Müəllim əvvəlcə keçmiş mövzuyla bağlı sual cavab apardı. Açıq dərs müasir tələblərə uyğun səviyyədə idi. Yeni mövzunun izahı əyanilik prinsipinə və müasir kommunikasiya texnologiyalarına əsaslandı. Müəllim lazımi video görüntülərlə müşaiyət edərək tələbələrin başa düşmədikləri hissələri aydın şəkildə fərdi və ümumi şəkildə başa salmağa çalışdı. Yeni mövzuya uyğun heyvan rəsmini həm lövhədə özü işlədi, həm də heyvan təsvirinin işlənməsinə dair slayd nümayiş etdirdi.
Ümumilikdə dərs normal səviyyədə keçdi.
Keçilən dərs qənaətbəxş hesab edildi.