13.05.2024-cü il tarixdə Təsviri incəsənət kafedrasının b/m. Məhərrəmov Əbülfət Paşa oğlunun Təsviri incəsənət müəllimliyi ixtisasının II kurs tələbələrinə “Rəngkarlıq” fənnindən“ Əllər daxil olmaqla qurşağa qədər portret etüdü (anatomik xüsusiyyətin dəqiqləşdirilməsi)” mövzusunda açıq dərs keçirildi.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.S.Quliyev., GDU-nun səlahiyyətli nümayəndəsi C.İ.İbrahimov., Təsviri incəsənət kafedrasının müdiri, dos. M.M.Məmmədov və professor müəllim heyəti üzvlərindən b/m.E.Q.Rəsulova., müəl.A.Ə.Məmmədova iştirak edirdilər.
Kafedra müdiri Mərdan müəllim açıq dərs haqqında söylənilən məlumatları ümumiləşdirərək qeyd etdi ki, Əbülfət müəllim mövzunun izahı zamanı əyanilik prinsipindən və müasir texnologiyalardan istifadə etdi. Bu da mövzunun mənimsənilməsinə şərait yaratdı. Tələbənin işi üzərində məsləhət verməsidə xoşagəlimli idi.
Sonda keçirilən açıq dərs müəllim və tələbələr tərəfindən qənaətbəxş hesab edildi.