14 may 2024-cü il tarixdə Fizika kafedrasında Magistrlərin ilkin müdafiəsi keçirildi.

14 may 2024-cü il tarixdə Fizika kafedrasında Fizika və Fizika müəllimliyi ixtisaslarında təhsil alan magistrlərin magistrlik dissertasiyalarının ilkin müdafiəsi olmuşdur.

Müdafiədə Fizika kafedrasının müdiri dos.Y.B.Namazov., Magistratura şöbəsinin müdiri dos.E.K.Yaqubov, magistrlik dissertasiyasının rəhbər müəllimləri və kafedranın professor – müəllim heyəti iştirak edirdilər.

Tələblərə uyğun səviyyədə hazırlanmış dissertasiya işlərini müdafiə edən tələbələr reqlamentə uyğun çıxışlar edərək məqsədə nail olduqlarını təsdiq etdilər. Onların müdafiəyə buraxılmaları haqda qərar qəbul olundu.