15 oktyabr 2024- cü il tarixdə Fizika və texniki fənlər fakültəsi “Fizika” kafedrasının dos.Hüseynov Rasim Köçəri oğlunun IV kurs “Fizika müəllimliyi” ixtisasında “Fizikanın inkişaf tarixi” fənnindən “Nyutondan sonrakı mexanika. Cazibə qüvvələrinin təbiəti haqda təsəvvürlər. Kütlə haqda təsəvvürlər” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.S.Quliyev., GDU rektorunun səlahiyyətli nümayəndələri dos.E.M.Cavadov,., dos.C.İ.İbrahimov., GDU rektorunun səlahiyyətli nümayəndəsi, Fizika kafedrasının müdiri, dos.Y.B.Namazov və professor müəllim heyəti üzvlərindən: , b/m.S.M.Abdullayev., b/m..f.f.d. S.R.İmanova iştirak edirdilər.
dos.R.Hüseynov dərsin təşkilatı hissəsini normal qurmuşdur, dərs zamanı müasir kommunikasiya texnologiyalarından istifadə etdi. Mövzuya uyğun ənənəvi və fəal təlim metodlarından yeni texniki təlim vasitələrindən istifadə etməklə mühazirəni başa çatdırdı, məqsədinə nail oldu.
Açıq dərsin sonunda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə keçirildi və açıq dərs qənaətbəxş qiymətləndirildi.