28 noyabr 2016 –cı il tarixdə GDU – nin Fizika kafedrasının müəllimi Verdiyeva Nuranə Əlişir qızının IV kurs Fizika ixtisasında “Maddə quruluşu” fənnindən “Maddə quruluşunun fotoelektron və rentgenoelektron spektroskopiyası üsulu ilə təyini” mövzusunda açıq dərsi keçirilmişdir.
Açıq dərsdə kafedra müdiri dos.N.Quliyev və kafedranın 6 müəllimi, Psixologiya kafedrasının dosenti C.İbrahimov., Fizika və texniki fənlər fakültəsinin metodşurasının sədri prof. E.Mövsümov., b/m.İ.Mövsümova., b/m.E.Məmmədov., dos.Y.Namazov., dos.R.Hüseynov iştirak etmişlər.
Açıq dərsdən sonra tələbələrin iştirakı ilə müzakirə keçirilmiş və açıq dərs 22 balla – “yaxşı” qiymətləndirilmişdir.