29 noyabr 2016 –cı il tarixdə GDU – nin Fizika kafedrasının müəllimi Abbasov Rəşad Akif oğlunun IV kurs Fizika müəllimliyi ixtisasında “Molekul fizikası” fənnindən “Elektronoqrafiya və neytronoqrafiya üsulu ilə maddənin quruluşunun tədqiqi” mövzusunda açıq dərsi keçirilmişdir.
Açıq dərsdə kafedra müdiri dos.N.Quliyev və kafedranın 7 müəllimi, Psixologiya kafedrasının dosenti C.İbrahimov., ÜTF və texnologiya kafedrasının müdiri dos.E.M.Cavadov., Fizika və texniki fənlər fakültəsinin metodşurasının sədri prof. E.Mövsümov., dos.M.Tağıyeva., b/m.E.Məmmədov., b/m..S.Rüstəmova., dos.Y.Namazov., dos.S.Vəliyev iştirak etmişlər.
Açıq dərsdən sonra tələbələrin iştirakı ilə müzakirə keçirilmiş və açıq dərs 30 balla – “əla” qiymətləndirilmişdir.