18 oktyabr 2024- cü il tarixdə “Təsviri incəsənət” kafedrasının b/m. Rəsulova Elnarə Qoşqar qızının I kurs “Təsviri incəsənət müəllimliyi” ixtisasında “Rəngkarlıq” fənnindən “Neytral fonda rənginə və formasına görə sadə əşyalardan ibarət natürmort (Rəsmin qurulması )” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini, dos.M.C.Tağıyeva., Təsviri incəsənət kafedrasının müdiri prof.M.Məmmədov və professor müəllim heyəti üzvlərindən: , b/m.Kazımova S.E.., b/m.Verdiyeva E., b/m.Kazımova X.E., müəl. Məmmədova A.Ə.., müəl.,A.E.Məmmədova iştirak edirdilər.
b/m. E.Rəsulova açıq dərsi müasir tələblərə uyğun təşkil etmişdir. Dərsin təşkilati hissəsi normal idi. Ən önəmli məsələ müəllim dərsə 18 Oktyabr Müstəqillik günü münasibəti ilə başladı və dövlət himni səsləndirildi.
Yeni mövzunun izahı zamanı həm kağız variantdan həm də elektron formada Slaydlarla dərsin geniş izahını verdi.
Dərsi dinləyənlər tərəfindən yüksək qiymətləndirilərək qənaətbəxş hesab edildi.