30 oktyabr 2024 – cü il tarixdə Fizika kafedrasının p.f.d.,b/m. Rüstəmova Samirə Kamandir qızının Fizika müəllimliyi ixtisası üzrə IV kurs tələbələrinə “Fizikanın tədrisində qarşıya çıxan problemlər” fənnindən “Fizikanın öyrənilməsində və şagirdlərin təfəkkürünün inkişafında riyazi metodların rolu” mövzusunda açıq dərsi olmuşdur.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı prof.M.S.Quliyev., GDU rektorunun səlahiyyətli nümayəndəsi, Fizika kafedrasının müdiri dos. Y.B.Namazov, GDU rektorunun səlahiyyətli nümayəndəsi, dos.E.M.Cavadov., Fizika kafedrasının professor müəllim heyətindən dos.S.P.İsgəndərova., müəl.N.Ə.Verdiyeva iştirak edirdilər.
b/m. Rüstəmova Samirə dərsin təşkilatı hissəsini normal qurmuşdur, dərs zamanı müasir kommunikasiya texnologiyalarından istifadə etdi. Mövzuya uyğun ənənəvi və fəal təlim metodlarından yeni texniki təlim vasitələrindən istifadə etməklə mühazirəni başa çatdırdı, məqsədinə nail oldu.
Dərs müzakirə olundu. Elmi, pedaqoji, psixoloji metodik cəhətdən təhlil olunaraq qənaətbəxş qiymətləndirildi.