31 oktyabr 2024 – cü il tarixdə Fizika kafedrasının müəl. Abbasov Rəşad Arif oğlunun Fizika müəllimliyi ixtisası üzrə IV kurs tələbələrinə “Tədqiqat üsulları” fənnindən “Fotoelektron və rentgen elektron spektroskopiyası. Kütlə spektroskopiyası” mövzusunda açıq dərsi olmuşdur.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos.M.C.Tağıyeva, GDU rektorunun səlahiyyətli nümayəndəsi, dos.C.İbrahimov., Fizika kafedrasının professor – müəllim heyətindən f.f.d.b/m.S.R.İmanova., b/m.S.X.Musayev iştirak edirdilər.
müəl. Rəşad Musayev mövzuya uyğun ənənəvi və fəal təlim metodlarından yeni texniki təlim vasitələrindən istifadə etməklə mühazirəni başa çatdırdı, məqsədinə nail oldu.
Açıq Dərs müzakirə olundu. Elmi, pedaqoji, psixoloji metodik cəhətdən təhlil olunaraq qənaətbəxş qiymətləndirildi.