01 noyabr 2024-cü il tarixdə ÜTF və texnologiya kafedrasının b/m. Əliyeva Afət Həmid qızının “Texnologiya müəllimliyi” III kurs tələbələrinə “Tikiş texnologiyası“ fənnindən açıq dərsi oldu.

01 noyabr 2024-cü il tarixdə ÜTF və texnologiya kafedrasının b/m. Əliyeva Afət Həmid qızının “Texnologiya müəllimliyi” III kurs tələbələrinə “Tikiş texnologiyası “ fənnindən “Önlüyün biçilmə və tikilmə texnologiyası” mövzusunda laborator məşğələsində açıq dərsi oldu.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos.M.C.Tağıyeva., GDU rektorunun səlahiyyətli nümayəndəsi dos.C.İbrahinmov., ÜTF və texnologiya kafedrasının professor – müəllim heyəti üzvlərindən p.f.d.b/m. G.Q.Hüseynova., lab.müdiri U.Xəlilova., kabinə müdiri A.Musayeva iştirak edirdilər.

B/müəl. Afət Əliyeva dərsi müasir təlim texnologiyalarının vasitəsi ilə keçirdi. Açıq dərsin  məqsədi, iştirak edənlər barədə  tələbələrə məlumat verdi, əvvəlki mövzu ətrafında  tələbələrlə sorğu keçirdikdən sonra, yeni mövzunu müasir təlim texnologiya vasitələrindən istifadə etməklə ətraflı izah etdi.

Açıq dərs qənaətbəxş qiymətləndirildi.