15 noyabr 2024- cü il tarixdə “Təsviri incəsənət” kafedrasının baş müəl. Kazımova Səriyyə Eyvaz qızının IV kurs “İbtidai sinif müəllimliyi” ixtisasında “Təsviri incəsənətin tədrisi metodikası və OTM ” fənnindən “Mövzu üzrə rəsm” mövzusunda açıq dərsi keçirildi
Açıq dərsdə Təsviri incəsənət kafedrasının müdiri dos.M.Məmmədov., Pedaqoji fakültənin dekanı Z.R.Hüseynzadə., GDU rektorunun səlahiyyətli nümayəndəsi C.H.İbrahimov və professor müəllim heyəti üzvlərindən b/m.Ə.P.Məhərrəmov, müəl.A.E.Məmmədova iştirak edirdilər.
B.m. Səriyyə Kazımova dərsin təşkilatı hissəsini normal qurmuşdur, dərs zamanı müasir kommunikasiya texnologiyalarından istifadə etdi. Müasir dərsə verilən tələblər demək olar ki, tamamilə ödənildi. Demək olar ki, müəllim qarşısına qoyduğu məqsədinə nail oldu.
Açıq dərsin sonunda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə keçirildi və açıq dərs qənaətbəxş hesab edildi.