18 noyabr 2024 – cü il tarixdə Fizika kafedrasının müəl. Dəmirova Əfsanə Yaqub qızının “Fizika müəllimliyi” ixtisası üzrə III kurs tələbələrinə “Tətbiqi fizika” fənnindən “Yarımkeçirici optronlar və onların iş prinsipinin öyrənilməsi” mövzusunda laborator açıq dərsi olmuşdur.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos.M.C.Tağıyeva, GDU rektorunun səlahiyyətli nümayəndəsi, Fizika kafedrasının müdiri, dos. Y.B.Namazov., dos.R.M.İmanov iştirak edirdilər.
müəl. Əfsanə Dəmirova mövzuya uyğun ənənəvi və fəal təlim metodlarından yeni texniki təlim vasitələrindən istifadə etməklə mövzunu başa çatdırdı, məqsədinə nail oldu.
Açıq Dərs müzakirə olundu. Elmi, pedaqoji, psixoloji metodik cəhətdən təhlil olunaraq qənaətbəxş qiymətləndirildi.