20 noyabr 2024-cü il tarixdə ÜTF və texnologiya kafedrasının b/m. t.f.d.Verdiyeva Təranə Zahid qızının “Ekologiya mühəndisliyi” ixtisasının II kurs tələbələrinə “Mühəndis qrafikası “ fənnindən “Görünüşlərin müəyyən edilməsi” mövzusunda açıq dərsi oldu.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos.M.C.Tağıyeva., ÜTF və texnologiya kafedrasının professor – müəllim heyəti üzvlərindən b/m. E.M.Məmmədov., p.f.d.b/m. G.Q.Hüseynova., t.f.d.b/m.B.S.Hacıyeva., müəl. S.Ş.Əhmədova., lab.müdiri A.M.Quliyeva., kabinə müdiri A.Musayeva iştirak edirdilər.
B/müəl. Təranə Verdiyeva dərsi müasir təlim texnologiyalarının vasitəsi ilə keçirdi. Açıq dərsin məqsədi, iştirak edənlər barədə tələbələrə məlumat verdi, əvvəlki mövzu ətrafında tələbələrlə sorğu keçirdikdən sonra, yeni mövzunu müasir təlim texnologiya vasitələrindən istifadə etməklə ətraflı izah etdi.
Açıq dərs qənaətbəxş qiymətləndirildi.