19 noyabr 2024 – cü il tarixdə Fizika kafedrasının dos.İmanov Rizvan Məhəmmədəli oğlunun “Fizika müəllimliyi” ixtisası üzrə III kurs tələbələrinə “Çətinliyi artırılmış məsələlərin həlli praktikumu” fənnindən açıq dərsi olmuşdur.

19 noyabr 2024 – cü il tarixdə Fizika kafedrasının dos.İmanov Rizvan Məhəmmədəli oğlunun “Fizika müəllimliyi” ixtisası üzrə III kurs tələbələrinə “Çətinliyi artırılmış məsələlərin həlli praktikumu” fənnindən “Sabit elektrik cərəyan qanunları. Məsələ həlli” mövzusunda seminar açıq dərsi olmuşdur.

Açıq dərsdə Fakültə dekanı prof.M.S.Quliyev., GDU rektorunun səlahiyyətli nümayəndələri, dos.E.M.Cavadov., dos. C.İ.İbrahimov və Fizika kafedrasının müdiri dos. Y.B.Namazov ., kafedranın professor – müəllim heyətindən 4 nəfər iştirak etdilər.

dos.Rizvan İmanov dərsin təşkilatı hissəsini  normal qurmuşdur, dərs zamanı müasir kommunikasiya texnologiyalarından istifadə etdi. Mövzuya uyğun ənənəvi və fəal təlim metodlarından yeni texniki təlim vasitələrindən istifadə etməklə mövzunu başa çatdırdı, məqsədinə nail oldu.

Dərs müzakirə olundu. Elmi, pedaqoji, psixoloji metodik cəhətdən təhlil olunaraq yüksək qiymətlə qənaətbəxş qiymətləndirildi.