26 FEVRAL-XOCALI SOYQIRIMI – QAN YADDAŞIMIZ!

XOCALI SOYQIRIMI

24 fevral 2025-ci il tarixində Fizika və Texniki fənlər və Pedoqoji fakültələrin  Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir.Torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektoru, dos.G.Fətəliyeva, Fizika və Texniki fənlər fakültəsinin dekanı, prof.M.Quliyev, Psixologiya kafedrasının müdiri dos.Z.Cavadova çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc sakinlərin başına gətirilən müsibətləri, vəhşiliyi, qəddarlığı haqqında, ürək ağrısı ilə xatırlamışlar.

Daha sonra Fakültələrin tələbələrinin iştirakı ilə bədii kompozisiya təqdim olundu.

ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!!!!!