26 fevral 2025-ci il tarixdə “Təsviri incəsənət”  kafedrasının b/m. Musayeva Xəyalə Eyvaz qızının  “Ayri -ayri əsyaların rəsmi (karandaş)” movzusunda  açıq dərsi keçirildi

26 fevral 2025-ci il tarixdə “Təsviri incəsənət”  kafedrasının b/m. Musayeva Xəyalə Eyvaz qızının Pedaqoji fakültənin III kurs “Məktəbəqədər” ixtisasında “Məktəbəqədər təhsil müəssisələrində təsviri fəaliyyət və OTM” fənindən “Ayri -ayri əsyaların rəsmi (karandaş)” movzusunda  açıq dərsi keçirildi.

Açıq dərsdə Fakültə dekanı dos.Zaur Hüseynzadə., GDU rektorluğunun nümayəndəsi dos.Cəfər İbrahimov., Təsviri incəsənət kafedrasının professor müəllim heyəti üzvlərindən dos. Akif Hüseynov., p.f.d. Lalə Cahangirova., b/m.Esmira Verdiyeva., b/m. Raziyyə Allahverdiyeva.., b/m.Səriyyə Kazımova., müəl.Ayşə Məmmədova iştirak  edirdilər.

b/müəl. Xəyalə Musayeva mövzunun deyilmə metodikasına uyğun olaraq mövzu ilə əlaqəli mövzulardan başlayaraq, ardıcıllıqla yeni mövzunun izahını başladı. Mövzu üzrə elektron variantda məlumat verərək lövhədə geniş izahat verdi.

Açıq dərsin sonunda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə keçirildi və açıq dərs qənaətbəxş  hesab edildi.