




6 mart 2025-ci il tarixdə “Təsviri incəsənət” kafedrasının b/m. Allahverdiyeva Raziyyə Qiyas qızının “Təsviri incəsənət müəllimliyi”ixtisasının 1(1) kursunda “Rəsm” fənnindən “Qatları qırışları olan pərdənin rəsmi” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos.Elxan İsmayılov., GDU rektorluğunun nümayəndəsi dos.Cəfər İbrahimov., Təsviri incəsənət kafedrasının professor müəllim heyəti üzvlərindən p.f.d. Lalə Cahangirova., b/m.Səriyyə Kazımova., b/m.Xəyalə Musayeva., müəl. Aybəniz Məmmədova iştirak edirdilər.
b/müəl. Raziyyə Allahverdiyevanın keçdiyi açıq dərsin təşkilatı hissəsi normal idi. Müasir dərsə verilən tələblərə uyğun olaraq təlimin texniki vasitələrindən və kompyuterdən yerində istifadə etdi ki, bu da dərsin keyfiyyətinin yüksəldilməsinə xidmət edirdi.
Açıq dərsin sonunda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə keçirildi və açıq dərs qənaətbəxş hesab edildi.