




6.03.2025-ci il tarixdə Fizika və texniki fənlər fakültəsinin Fizika kafedrasının baş müəllimi, f.f.d. İmanova Sevinc Ramazan qızının Riyaziyyat- informatika fakültəsində “Kompüter elmləri” ixtisasının 1-ci kursunda “Ümumi fizika” fənnindən “Mexaniki iş, güc, enerji. Enerjinin saxlanma qanunu. Kosmik sürətlər” mövzusunda açıq mühazirə dərsi keçirildi.
Müəllim hazırladığı slaydlarla tələbələrə mühazirəni geniş şəkildə izah etdi və öz məqsədinə nail oldu.
Açıq dərsdə fakültənin dekan müavini Rauf Məmmədov, professor Orucəli Rzayev, dosent Sübhiyyə Zeynallı və kafedranın digər əməkdaşları iştirak edirdilər.
Açıq dərsin sonunda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə keçirildi və açıq dərs qənaətbəxş hesab edildi.