




7 MART 2024 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin ÜTF və texnologiya kafedrasının b/müəllimi Tağıyeva Saidə Abduləli qızının III kurs Texnologiya müəllimliyi ixtisasında “Metal məmulatlarının hazırlanması texnologiyası”fənnindən “Təbəqə metalın emal edilməsi” mövzusunda açıq dərsi keçirilmişdir.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos.Elxan İsmayılov., ÜTF və texnologiya kafedrasının t.f.d. dosent(attestatsız) Bahar Hacıyeva., lab. müdiri Aytəkin Quliyeva ştirak etmişdir.
B/müəl. Saidə Tağıyeva açıq dərsin gedişində əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə çatdırdı.
Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə dərs müzakirə edildi və açıq dərs qənaətbəxş qiymətləndirildi.