


12 Mart 2025-ci il tarixində Xarici dillər fakültəsinin “Praktik Xarici dillər” kafedrasının müəllimi Salahova Yeganə Həsən qızının “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə I kurs tələbələri ilə “Xarici dildə Akademik kommunikasıya” fənnindən “Speakout unit3.2 Real friends” mövzusunda açıq dərs keçirildi.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini, dos.Tağıyeva Mətanət, kafedranın professor – müəllim heyəti üzvlərindən 3 nəfər iştirak edirdilər.
Müəllimə Yeganə Salahova dərsə yaxşı hazırlaşmışdı. Dərsin bütün mərhələlərində tələbələr və müəllim fəal idi. Dərs normal keçdi.