PEDAQOJİ TƏCRÜBƏ

PEDAQOJİ TƏCRÜBƏ

14 mart 2025-ci il tarixdə  Gəncə  Dövlət Universitetinin Fizika və texniki fənlər  fakültəsinin “Fizika müəllimliyi” ixtisasının IV kurs tələbəsi Hüseynova  Günel Leysan qızının Pedaqoji təcrübə çərçivəsində  Gəncə şəhər M.C.Paşayev adına 39 saylı tam orta məktəbinin  8-ci sinfində Fizika fənnindən “Elektrik  sahəsinin qüvvə xətləri” mövzusunda sınaq dərsi keçirildi.

Sınaq dərsində GDU –nun Təcrübə və karyera şöbəsinin müdiri  dos.C.İ.Qarayev., metodist müəllim, dos.R.K.Hüseynov həmin sinfin fənn müəllimi  Rəsmiyyə Əbilova və pedaqoji təcrübə keçən tələbələr iştirak edirdilər.

Hüseynova Günel  əvvəlki dərsi şagirdlərlə birlikdə sorğu sualla təkrar etdikdən sonra əyani vasitələrdən, kompyuter  texnikasından istifadə etməklə  yeni mövzunu bacarıqla şagirdlərə izah etdi.

Sınaq dərsindən sonra G.Hüseynovanın  keçdiyi dərs  qiymətləndirildi.