





GDU-nun “ÜTF və texnologiya” kafedrasında “Azərbaycanda gender təhsili və təbiyəsinin əhəmiyyəti” mövzusunda elmi seminar keçirildi.
Seminarı “ÜTF və texnologiya” kafedrasının müdiri, dosent Elçin Cavadov açaraq Universitetin rektoru, professor Y.Yusibova universitetdə yaradılmış elmi mühitə görə seminar iştirakçıları adından təşəkkür etdi.
Daha sonra “ÜTF və texnologiya” kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Gülbəniz Hüseynova “Azərbaycanda gender təhsili və tərbiyəsinin əhəmiyyəti” mövzusunda çıxış etdi.
Elmi seminarda iştirak edən professor – müəllim heyəti onları maraqlandıran məsələlərlə bağlı məruzəçiyə suallar verdi. Məruzəçi seminar iştirakçılarının suallarını cavablandırdı və qarşılıqlı fikir mübadiləsi aparıldı.