





14 mart 2025-ci il tarixdə Tarix – coğrafiya fakültəsi “Sosial fənlər” kafedrasının baş müəllimi Axundova Lamiyə Ramiz qızının III kurs Fizika müəllimliyi ixtisasında “Fəlsəfə” fənnindən “Qədim dövr fəlsəfəsi” mövzusunda açıq dərs keçirildi.
Açıq dərsdə Sosial fənlər kafedrasının professor – müəllim heyəti üzvlərindən 3 nəfər iştirak edirdilər.
Müəllim Lamiyə Axundova açıq dərsdə kompyuter texnikasından istifadə etməklə yeni mövzunu tələbələrə izah etdi. Bu zaman tələbələrlə kommunikativ əlaqələr quraraq, onların fərdi xüsusiyyətlərini nəzərə almaqla yeni mövzunun izahına cəlb edirdi.
Açıq dərs qənaətbəxş qiymətləndirildi.