“Nazik təbəqələrdə interferensiya. Nyuton halqaları. İnterferometrlər. Onların tətbiqləri”  mövzusunda açıq dərs keçirildi.

17 mart 2025-ci il tarixdə GDU –nun Fizika və texniki fənlər fakültəsinin II kurs Fizika müəllimliyi ixtisasında Fizika kafedrasının dosenti Hüseynov Rasim Köçəri oğlunun OPTİKA fənnindən“Nazik təbəqələrdə interferensiya. Nyuton halqaları. İnterferometrlər. Onların tətbiqləri” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos.Elxan İsmayılov., Fizika kafedrasının müdiri, dos.Yahya Namazov., professor – müəllim heyəti üzvlərindən dos.Rizvan İmanov., dos.Niyazi Quliyev., dos.Sabir Əliyev., b/m. Seyfəddin Musauyev iştirak edirdilər.

dos.Rasim Hüseynov açıq dərsdə kompyuter texnikasından  istifadə etməklə yeni mövzunu tələbələrə izah etdi. Bu zaman  tələbələrlə kommunikativ  əlaqələr quraraq, onların fərdi xüsusiyyətlərini nəzərə almaqla yeni mövzunun izahına cəlb edirdi.

Açıq dərsin sonunda tələbələrlə birgə müzakirə keçirildi və açıq dərs qənaətbəxş qiymətləndirildi.