











14 mart 2025 – ci il tarixdə Pedaqoji və Fizika və Texniki fənlər fakültələrinin Novruz bayramına həsr edilmiş musiqili – ədəbi tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə Fizika və texniki fənlər fakültəsinin dekanı, professor Muğan Quliyev açdı. O, hər iki fakültənin professor – müəllim, tədris – köməkçi heyətini və bütün tələbələri bayram münasibəti ilə təbrik etdi. Onlara bütün işlərində uğurlar arzuladı.
Akt zalı və onun səhnəsi bayramsayağı bəzədilmişdi. Novruz Bayramının və yazın gəlişinin rəmzi olan səmənilər və şirniyyatla dolu olan novruz xonçası tədbirin keçirildiyi məkana xüsusi yaraşıq verirdi.
Hər iki fakültənin tələbələri söylədikləri şeirlərlə, oxuduqları mahnılarla bayram tədbirini daha da şənləndirdilər.
BAYRAMINIZ MÜBARƏK!.