





08 aprel 2025– ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsində III kurs “Fizika müəllimliyi” ixtisasında Fizika kafedrasının baş müəllimi Musayev Seyfəddin Xəlil oğlunun “Məktəb fizika eksperimenti” fənnindən “Məktəbdə fizika kabinetinin təşkili prinsipləri və ona verilən didaktik tələblər”mövzusunda açıq mühazirə dərsi keçirildi.
Açıq dərsdə Fizika kafedrasının müdiri, dos. Yahya Namazov., kafedranın professor müəllim heyəti üzvlərindən t.f.d. b/m. Südabə Məmmədova., f.f.d. b/m.Sevinc İmanova., müəl.Rəşad Abbasov., müəl. Tünzalə Tahirova iştirak edirdilər.
Seyfəddin Musayev açıq dərsdə kompyuter texnikasından istifadə etməklə yeni mövzunu tələbələrə izah etdi. Bu zaman tələbələrlə kommunikativ əlaqələr quraraq, onların fərdi xüsusiyyətlərini nəzərə almaqla yeni mövzunun izahına cəlb edirdi.
Açıq dərsin sonunda tələbələrin iştirakı ilə açıq dərs qənaətbəxş qiymətləndirildi.