Fakültəmizin əməkdaşı Beynəlxalq elmi-nəzəri konfransda  «İncəsənət sahəsində Süni İntellektdən istifadə və onun faydaları» mövzusunda çıxış edərək universitetimizi təmsil etmişdir.

Fizika və texniki fənlər fakültəsinin Təsviri incəsənət kafedrasının baş müəllimi p.f.d Tağıyeva Ruqiyyə Akif qızı 11 aprel 2025-ci il tarixində Azərbaycan Elm və Təhsil Nazirliyi ADMİU, AR ETN İTİ və ATU-nun birgə təşkil etdiyi  «Müasir incəsənət məkanında süni intellekt: Problemlər və perspektivlər» adlı Beynəlxalq elmi-nəzəri konfransda  «İncəsənət sahəsində Süni İntellektdən istifadə və onun faydaları» mövzusunda çıxış edərək universitetimizi təmsil etmişdir.

Qeyd edək ki, Respublikamızda Süni intelekt sahəsində ilk dəfə keçirilən konfransın açılışını ADMİU-nin rektoru prof. Ceyran Mahmudovanın təqdimatı ilə Azərbaycan Milli Elmlər Akademiyasının l prezidenti, filologiya elmləri doktoru, professor Azərbaycan Respublikasının əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü,  İsa Həbibbəyli etmişdir.