16 aprel 2025-ci il tarixdə – dosent Quliyev Niyazi İslam oğlunun açıq dərsi keçirildi.







16 aprel 2025-ci il tarixdə GDU –nun Fizika və texniki fənlər fakültəsində III kurs “Fizika müəllimliyi” ixtisasında Fizika kafedrasının dosenti Quliyev Niyazi İslam oğlunun “Bioloji sistemlər fizikası” fənnindən “Bioelektrik potensiallar, Ürəyin elektrik sahəsi. Elektrokardioqramma” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini, dos. Mətanət Tağıyeva, GDU rektorluğun nümayəndəsi, Fizika kafedrasının müdiri, dos.Yahya Namazov., kafedranın professor – müəllim heyəti üzvlərindən dos.Zakir Zeynalov., f.f.d.b/m.Aysel Həmzəyeva., b/m. Seyfəddin Musayev., b/m.Rəşad Abbasov., müəl. Aygün Kazımova iştirak edirdilər.
dos.Quliyev Niyazi dərsə başlamazdan əvvəl açıq dərsdə iştirak edən qonaqları və professor – müəllim heyəti üzvlərini salamladı. Daha sonra kompyuter texnikasından istifadə etməklə mövzunun nəzəri hissəsinin izahına başladı. O, mövzunun izahı zamanı yüksək pedaqoji ustalıqla tələbələri mövzunun izahına cəlb edirdi və bu zaman onların fərdi xüsusiyyətlərini nəzərə alırdı. Bu zaman tələbələri aktiv şəkildə mövzunun izahına cəlb edirdi.
Açıq dərsin sonunda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə açıq dərs qənaətbəxş qiymətləndirildi.