Fakültəmizin Tələbəsi”Gəncliyin səsi” adlı ədəbi almanaxında şeiri və rəsm əsərləri ilə yer alaraq uğur qazandı.

Tələbəmizdən həm elmə, həm sənətə töhfə!
Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsi Təsviri incəsənət müəllimliyi ixtisasının II kurs tələbəsi, gənc şairə və rəssam Gülay Məmmədova “Gəncliyin səsi” adlı ədəbi almanaxında şeiri və rəsm əsərləri ilə yer alaraq yenə uğur qazandı.

O, 2023-cü ildə keçirilən respublika üzrə rəsm müsabiqəsində 1-ci yerə layiq görülərək 400 AZN mükafat qazanmışdır. Eyni zamanda rəqslə də məşğul olan Gülay universitetdə və şəhər miqyasında keçirilən tədbirlərdə fəal iştirak edir.

Qeyd edək ki, tələbəmizin yaradıcılıq uğurları bununla bitmir – o, müxtəlif müsabiqələrdə dəfələrlə birinciliklər qazanaraq sənət yolunda inamla irəliləyir.

Şeirə, rəssamlığa və sənətə olan böyük marağı ilə seçilən tələbəmizi təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq!