




8 may 2025-ci il tarixdə Fizika və Texniki fənlər fakültəsində Təsviri incəsənət kafedrasının dosenti Hüseynov Akif Əlirza oğlunun I kurs Təsviri incəsənət müəllimliyi ixtisasında “Rəngkarlıq” fənnindən “Naturadan heyvanların qısa müddətli təsvirləri. (Rənglə formaların verilməsi və işin tamamlanması)” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos.Mətanət Tağıyeva., Təsviri incəsənət kafedrasının müdiri, dos. Mərdan Məmmədov., kafedranın professor – müəllim heyəti üzvlərindən b/m.Raziyyə Allahverdiyeva., b/m.Esmira Verdiyeva., b/m.Səriyyə Kazımova., b/m.Xəyalə Musayeva., müəl.Nəzrin Ağayeva iştirak edirdilər.
Dərsin təşkilati hissəsi normal idi. Mövzuya aid əyani vəsaiti elektron və kağız formada işlənilmişdir. Yeni mövzunun izahı əyani vəsaitlər üzərində aparılırdı. Müəllimin uzun müddətli təcrübəsi dərsin gedişatında özünü göstərdi.
Ümumilikdə dərsi müsbət cəhətlərlə qənaətbəxş hesab etmək olar.