II kurs Təsviri incəsənət müəllimliyi ixtisasında “Rəngkarlıq” fənnindən “Yaşlı qadın başının naturadan rəsmi (Rəsmin yerləşdirilməsi və qurulması)” mövzusunda açıq dərs keçirildi.

 13 may 2025-ci il tarixdə Fizika və Texniki fənlər fakültəsində Təsviri incəsənət kafedrasının müəllimi Məmmədova Aybəniz Əli qızının II kurs Təsviri incəsənət müəllimliyi ixtisasında “Rəngkarlıq” fənnindən “Yaşlı qadın başının naturadan rəsmi (Rəsmin yerləşdirilməsi və qurulması)” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos.Elxan İsmayılov., Təsviri incəsənət kafedrasının müdiri, dos. Mərdan Məmmədov., kafedranın professor – müəllim heyəti üzvlərindən müəl. Anna Səfərova., müəl. Fatimə Vahidova iştirak edirdilər.

Açıq dərsin təşkilati hissəsi normal idi. Dərsə aid əyani vəsaitləri elektron və kağız versiyasında hazırlandı. Müəllim Keçmiş mövzu ilə yeni mövzu arasında əlaqə yaratmağa çalışdı. Yeni mövzuya aid izahı natura üzərində verdi. Auditoriyada müəllim kimi səsi zəif idi. Bəzi çatışmamazlıqları olsada, dərsi ümumilikdə qənaətbəxş hesab etmək olar.

Dərs  “qənaətbəxş” qiymətləndirildi.