Təsviri İncəsənət kafedrasında növbəti elmi seminar

14 may 2025-ci il tarixdə Fizika və texniki fənlər fakültəsinin Təsviri incəsənət kafedrasında növbəti Elmi Seminar keçirildi. Kafedranın b/müəllimi Rəsulova Elnarə Qoşqar qızının “Xalq yaradıcılığında Gəncə motivləri” mövzusu ilə çıxış etmişdir.

Elmi seminarda Təsviri incəsənət  kafedrasının professor – müəllim heyəti  iştirak edirdi.

Seminarda b/müəllim Elnarə Rəsulova proyektordan   istifadə  etməklə slayd hazırlamış və seminar mövzusunun haqqında geniş məlumatlar verdi. Mövzuda müəyyən məsələlər bizə xatırlatıldı və hətta yeni fikirlər çatdırıldı. Seminar hamının marağına səbəb oldu.

Daha  sonra  Elnarə Rəsulova müəllimlərin suallarına cavab verdi.

Məruzə ətrafında kafedra müəllimləri öz fikirlərini bildirərək çıxılş etdilər.