II kurs “Fizika müəllimliyi”  ixtisasında “FTM” fənnindən  “Ümumitəhsil tam orta məktəbin X sinifdə fizikadan məzmun standartlarının şərhi və tədris vahidinin elmi- metodik təhlili.” mövzusunda  açıq dərs keçirildi.

14 may 2025-ci il tarixdə GDU –nun  Fizika və texniki fənlər fakültəsində II kurs “Fizika müəllimliyi”  ixtisasında Fizika kafedrasının b/müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Rüstəmova Samirə Kamandir qızının   “FTM” fənnindən  “Ümumitəhsil tam orta məktəbin X sinifdə fizikadan məzmun standartlarının şərhi və tədris vahidinin elmi- metodik təhlili.” mövzusunda  açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini, dos. Mətanət Tağıyeva, GDU rektorluğun nümayəndəsi, Fizika kafedrasının müdiri, dos.Yahya Namazov iştirak edirdilər.

b/m. Samirə Rüstəmova dərsə başlamazdan əvvəl açıq dərsdə iştirak edən  professor – müəllim heyəti üzvlərini salamladı. Daha sonra kompyuter texnikasından istifadə etməklə mövzunun  nəzəri  hissəsinin izahına başladı.  O, mövzunun  izahı zamanı yüksək pedaqoji  ustalıqla tələbələri mövzunun izahına cəlb edirdi və bu zaman  onların fərdi xüsusiyyətlərini nəzərə alırdı. Bu zaman  tələbələri aktiv şəkildə  mövzunun izahına  cəlb edirdi.

Açıq dərsin sonunda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə açıq dərs qənaətbəxş qiymətləndirildi.