

Gəncə Dövlət Universitetinin PHŞ-nin 07.03.2025-ci il tarixli 5/117 saylı əmri əsasında yaradılmış Tədris planlarının tərtib edilməsinə nəzarət edilməsi üçün İşçi qrupa maraqlı tərəf kimi cəlb olunmuş Gəncə şəhəri 1 saylı tam orta məktəbin Fizika müəllimi Rəhimov Cavid və Gəncə şəhər 9 saylı tam orta məktəbin tədris işləri üzrə direktor müavini, fizika müəllimi Vəliyeva Ruhiyyə 16 may 2025-ci il tarixdə prosesdə iştirak etmək üçün GDU-nun Fizika və texniki fənklər fakültəsində olmuşlar.
Onlar Fizika kafedrasının müdiri, dos.Yahya Namazov və Fizika kafedrasının bir qrup professor – müəllim heyəti Fizika müəllimliyi ixtisasının tədris planını araşdırmış və müzakirə etmişlər. Araşdırma aparıldıqdan sonra maraqlı tərəfin üzvləri tədris planının yenidən işlənməsi üçün maraqlı təkliflər vermişlər.