II kurs “Fizika müəllimliyi”  ixtisasında   “FTM” fənnindən  “Transfarmatorlar, onlarla aparılan bəzi təcrübələrin nümayişi” mövzusunda  açıq dərs keçirildi.

16 may 2025-ci il tarixdə GDU –nun  Fizika və texniki fənlər fakültəsində II kurs “Fizika müəllimliyi”  ixtisasında Fizika kafedrasının müəllimi Tahirova Tünzalə Tahir qızının   “FTM” fənnindən  “Transfarmatorlar, onlarla aparılan bəzi təcrübələrin nümayişi.” mövzusunda  açıq dərsi keçirildi.

Açıq dərsdə GDU rektorluğun nümayəndəsi, Fizika kafedrasının müdiri, dos.Yahya Namazov., professor – müəllim heyəti üzvlərindən dos. Rizvan İmanov., b/m.,f.f.d. Nuranə Verdiyeva iştirak edirdilər.

Müəllim Tünzalə Tahirova dərsə başlamazdan əvvəl açıq dərsdə iştirak edən  professor – müəllim heyəti üzvlərini salamladı. Daha sonra kompyuter texnikasından istifadə etməklə mövzunun  nəzəri  hissəsinin izahına başladı.  O, mövzunun  izahı zamanı tələbələri mövzunun izahına cəlb edirdi və bu zaman  onların fərdi xüsusiyyətlərini nəzərə alırdı.

Açıq dərsin sonunda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə keçirildi və açıq dərs qənaətbəxş qiymətləndirildi.