III kurs  “Texnologiya müəllimliyi”  ixtisasında  “Fənn kurikulumu”  fənnindən “Məktəbdaxili qiymətləndirmənin əsas növləri” mövzusunda açıq dərs keçirildi

21 may  2025-ci il tarixdə pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Hüseynova Gülbəniz Qurban  qızının açıq dərsi keçirildi.

21 may  2025 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin ÜTF və texnologiya kafedrasının b/müəllimi, p.f.d. Hüseynova Gülbəniz Qurban  qızının III kurs  “Texnologiya müəllimliyi”  ixtisasında  “Fənn kurikulumu”  fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Məktəbdaxili qiymətləndirmənin əsas növləri.” olmuşdur.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini, dos.Elxan İsmayılov, ÜTF və texnologiya kafedrasının professor –müəllim heyəti üzvlərindən : dos.(attestatsız) Mətanət Sadıxova.,   b/m.Elçin Məmmədov., b/m.Elbrus Hüseynov., müəl.Elgün Həsənova   iştirak edirdilər.

B/müəl.Gülbəniz Hüseynova   açıq dərsin gedişində  slayddan, əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə  çatdırdı.

Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə açıq dərs yüksək qiymətlə qənaətbəxş qiymətləndirildi.