III kurs “Fizika müəllimliyi” ixtisasında  “Məktəb fizika kursunun öyrənilməsində   keyfiyyət metodları” fənnindən  “İnteraktiv dərslər: növləri və dərslərin quruluşu. Öyrədici mühit və onun növləri. Fəal dərsin mərhələləri” mövzusunda açıq dərs keçirildi.

19 may 2025-ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin III kurs “Fizika müəllimliyi” ixtisasında  Fizika kafedrasının baş müəllimi, fizika üzrə fəlsəfə doktoru  Verdiyeva Nuranə Əlişir qızının  “Məktəb fizika kursunun öyrənilməsində   keyfiyyət metodları” fənnindən  “İnteraktiv dərslər: növləri və dərslərin quruluşu. Öyrədici mühit və onun növləri. Fəal dərsin mərhələləri” mövzusunda mühazirə açıq dərsi keçirildi.

Açıq dərsdə  Fizika fakültəsinin dekan müavini: dos.Mətanət Tağıyeva., GDU rektorunun nümayəndəsi, Fizika kafedrasının müdiri dos.Yəhya Namazov və kafedranın baş müəllimi Mövsümova İlhamə iştirak edirdilər.

b/m. Nuranə Verdiyeva kompyuter texnikasından istifadə etməklə tələbələrlə  konstruktiv və kommunikativ əlaqələr quraraq mövzunu hərtərəfli izah etdi.

Açıq dərsin sonunda  müzakirə keçirildi və açıq dərs qənaətbəxş qiymətləndirildi.