









Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin tabeçilyində fəaliyyət göstərən “Fizika”, “ÜTF və texnologiya” və “Təsviri incəsənət” kafedralarında seçmə fənlərin tədrisi işinin təşkili vəziyyəti ilə bağlı fakültə dekanı və kafedra müdirlərinin, müvafiq işçi və monitorinq qruplarının iştirakı ilə 19 iyun 2025-ci il tarixində fakültə dekanlığında keçirilən iclasda məsələ ilə əlaqədar ətraflı təhlillər aparılmışdır.
İclasda çıxış edən “Təhsil proqramlarının sistematik yoxlanılması üçün monitorinq qrupu”nun sədri, “Musiqi fənləri” kafedrasının müdiri, professor Sevda xanım Qurbanəliyeva, monitorinq qrupunun üzvü “Anatomiya, fiziologiya və zoologiya” kafedrasının dosenti Lalə Abdullayeva, Fizika kafedrasının müdiri dos.Yahya Namazov, ÜTF və texnologiya kafedrasının müdiri dos.Elçin Cavadov, Təsviri incəsənət kafedrasının müdiri dos.Mərdan Məmmədov çıxış edərək mütəmadi monitorinqlərin keçirilməsini, toplanan informasiyaların maraqlı tərəflərin iştirakı ilə geniş müzakirəsini müsbət hal kimi qiymətləndirdilər.
Aparılan müzakirələrdə mövcud çatışmamazlıqların aradan qaldırılması üçün aparılan işlərin qısa zamanda yekunlaşdırılacağı qeyd olundu