












23 iyun 2025-ci il tarixdə Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış Fənn proqramlarının, sillabusların və dərs vəsaitlərinin hazırlanması, təsdiq edilməsi, bu istiqamətdə nəzarətin gücləndirilməsi üçün işçi qrupun növbəti iclası keçirildi.
İclasda işçi qrupun rəhbəri, dosent Elçin Cavadov çıxış edərək bildirdi ki, Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında yer alan fəaliyyətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə fənn proqramlarının, sillabusların və dərs vəsaitlərinin hazırlanması, təsdiq edilməsi, bu istiqamətdə nəzarətin gücləndirilməsi üçün yaradılmış işçi qrup universitetin bütün kafedralarında qeyd olunan sənədlərin universitet üzrə təsdiq olunmuş normativ sənədlərə uyğun olub-olmaması ilə bağlı monitorinq keçirmişdir. Bundan sonra həmin sənədlərin müasir standartlar və tələblər nəzərə alınmaqla yenidən hazırlanması üçün müəyyən vaxt verilmişdir.
Bu müddət ərzində qeyd olunan sənədlərdə olan çatışmamazlıqlar aradan qaldırılmış və bu barədə kafedralar işçi qrupa arayış təqdim etmişlər.
İşçi qrupun rəhbəri, Ümumi texniki fənlər və texnologiya kafedrasının müdiri, dosent Elçin Cavadov bildirdi ki, bir sıra kafedralardan daxil olan arayışlarda qeyd olunmuşdur ki, bəzi fənn proqramlarında olan nöqsanlar yaxın vaxtlarda aradan qaldırılacaqdır. Ona görə də sentyabr ayının əvvəllərində yenidən monitorinq keçirilməsi məqsədə uyğundur.
Fənn proqramlarının, sillabusların və dərs vəsaitlərinin hazırlanması, təsdiq edilməsi, bu istiqamətdə nəzarətin gücləndirilməsi üçün işçi qrupun apardığı iş, eləcə də qeyd olunan sənədlərin kafedralarda müasir standartlar və tələblər nəzərə alınmaqla hazırlanma səviyyəsi qənaətbəxş hesab edilmişdir.
Fənn proqramlarının, sillabusların və dərs vəsaitlərinin hazırlanması zamanı təsdiq olunmuş müvafiq sənədlərə əməl olunmasını tam təmin etmək məqsədilə sentyabr ayının əvvəlində İşçi qrup tərəfindən kafedralarda yenidən monitorinqlərin keçirilməsi qərara alınmışdır.