AÇIQ DƏRS- 10.10.2025

10 oktyabr 2025-ci il tarixdə Fizika və Texniki fənlər fakültəsində Təsviri incəsənət kafedrasının dosenti Hüseynov Akif Əlirza oğlunun I kurs Təsviri incəsənət müəllimliyi ixtisasında “Rəngkarlıq” fənnindən “Neytral fonda rənginə və formasına görə sadə əşyalardan ibarət natürmort (A2 formatda kağız, sulu boya)” Mərhələ: Format üzərində rəsmin yerləşdirilməsi” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos.Mətanət Tağıyeva., Təsviri incəsənət kafedrasının müdiri, dos. Mərdan Məmmədov., kafedranın professor – müəllim heyəti üzvlərindən b/m.Raziyyə Allahverdiyeva, b/m. Xəyalə Musayeva, müəl.Anna Səfərova., müəl.Nəzrin Ağayeva iştirak edirdilər.

Açıq dərsin təşkilati hissəsi normal idi. Müəllim keçirilən mövzu mərhələlərindfə bir qədər qarışıqlığa yol verdi. Mövzuya aid elektron slaydları və əyani vəsaitləri kağız versiyasında işləmişdir. Kağız versiyasında yazılan əyani vəsaitlərdən bir qədər kənara çıxmışdı, dərsi ümumilikdə qənaətbəxş hesab etmək olar.

Dərs  “qənaətbəxş” qiymətləndirildi.