AÇIQ DƏRS – 13.10.2025

13 oktyabr 2025-ci il tarixində təsdiq olunmuş cədvələ əsasən Fizika kafedrasının  dosenti Niyazi Quliyevin    I kurs Fizika müəllimliyi ixtisasında Mexanika bəhsində “Enerjinin saxlanması qanunu. Elastiki və qeyri elastiki toqquşma” mövzusunda açıq dərsi olmuşdur.

Dərsdə Fizika və texniki fənlrər fakültəsinin dekan müavini dos.Mətanət Tağıyeva, Fizika kafedrasının müdiri, tədris prosesinə nəzarət komissiyasının üzvü dos. Yahya Namazov, kafedranın professor – müəllim heyəti üzvlərindən dos.Vaqif Rüstəmov,  dos.Zakir Zeynalov, dos.Rizvan İmanov, t.f.d. b/m. Südabə Məmmədova və f.f.d. b/m.Nuranə Verdiyeva iştirak etmişlər.

Metodik təminatı (mühazirə mətni, sillabus, proqram) tələblərə uyğun olan mühazirədə müəllim psixoloji və pedaqoji üsullardan istifadə edərək tələbələrin dərsə olan marağını artırmış, yeni üsul və metodlar tətbiq etməklə tələbələrin fəallığına, onların məmnunluğuna və eləcə də məqsədinə nail olmuşdur.

Dərs qənaətbəxş qiymətləndirilmişdir.